Obamaya zəhərli məktub göndərən şəxs saxlanılıb

obamaya-zeherli-mektub-gonderen-sexs-saxlanilib
Oxunma sayı: 645

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyinə Tupelo şəhər polisinin şefi Toni Sarleton bildirib.
“Datçke Tupelodakı evində insidentsiz həbs olunub”, - deyə mənbə bildirib.

Xatırladaq ki, ötən həftə zəhərli məktublar göndərməkdə təqsirləndirilən Pol Kevin Kertis azadlığa buraxılıb və ona təqdim olunan ittihamlar geri götürülüb. Məlumata görə, karate üzrə təlimçi işləyən Datçke 2007-ci ildə Mississipi ştatının Nümayəndələr Palatasına namizədliyini irəli sürüb və Pol Kertislə əməkdaşlıq edib. Sonradan onların arasında münaqişə baş verib.