Obdudsman, səlahiyyətlərini bütün ölkə üzrə həyata keçirə bilmir

obdudsman-selahiyyetlerini-butun-olke-uzre-heyata-kecire-bilmir
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, Ombudsman Aparatından AzərTAc-a bildiriblər ki, yığıncaqda Florensiyada 2009-cu il oktyabrın 4-də keçirilmiş ümumi yığıncağın protokolu təsdiq edilib, müvafiq təkliflərə baxılmış, qurumun prezidentinin, baş katibinin hesabatları dinlənilib və digər məsələlər müzakirə olunub.
E.Süleymanova ölkəmizdə ombudsman təsisatının yaradılması, müvəkkilin mandatı, fəaliyyəti, regional mərkəzləri haqqında ətraflı məlumat verib.
Vurğulanıb ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən, müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsini ehtiva edən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ölkə yurisdiksiyasında olan insanların hüquqlarının daha səmərəli müdafiəsi naminə dövlət qurumları, vətəndaş cəmiyyəti, ictimai təşkilatlar, universitetlər, hüquq klinikaları, icmalar və KİV arasında əməkdaşlığın qurulması, möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
E.Süleymanova milli və beynəlxalq səviyyələrdə bir sıra çətinliklərin olduğunu da vurğulayıb. Azərbaycanın insan hüquqları üzrə müvəkkili torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olmasının ölkə ombudsmanına öz səlahiyyətlərini bütün respublika ərazisində həyata keçirməyə imkan vermədiyini diqqətə çatdırıb.
Ombudsman Ermənistanın təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş, hüquqları kütləvi şəkildə pozulmuş bir milyona yaxın qaçqın və məcburi köçkünün bütün ölkə boyu yayılmış düşərgələrdə, hazırda isə yeni tikilmiş qəsəbələrdə məskunlaşdığını və öz doğma torpaqlarına qayıtmaq niyyətlərini diqqətə çatdırıb.
E.Süleymanova AOİ-yə üzv Ombudsman təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bu qurumlar arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.