Öcalanın 53 metrlik abidəsi bombalandı - Video

Öcalanın 53 metrlik abidəsi bombalandı
Oxunma sayı: 5812

Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın Afrin bölgəsində inşa edilmiş PKK lideri Abdullah Öcalanın abidəsini məhv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, abidə silahlı pilotsuz uçuş aparatlar (SPUA) vasitəsiylə bombalanıb.

Sözügedən 53 metrlik beton abidə PKK yaraqlıları tərəfindən Darmık dağının yamacında inşa edilmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi