Ödəniş 90 faizə yaxın olub

odenis-90-faize-yaxin-olub
Oxunma sayı: 664

Bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məqsəd bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaq, itkiləri azaltmaq, ödənişi 100 faizə çatdırmaq və debitor borcların ödənişini təmin etməkdən ibarətdir. “Qafqazinfo”nun məlumatına görə, bunu “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən bildiriblər. Mənbənin bildirdiyinə görə, cari ilin iyun ayında müəssisə üzrə 507,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilibr. Ümumi ödəniş isə 90 faizə yaxın olub ki, bu da ötən ilin eyni dövründəki ödənişdən mütləq 10 faizə yaxın çoxdur. Ümumi ödənişdə 12 müəssisə üzrə ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən yuxarı nəticə qeydə alınıb. Ən yüksək göstərici “Biləsuvar” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 119,9%), ən aşağı isə “Samux” EŞ-də (62,1%) qeydə alınıb. Daimi əhali istehlakçı qrupu üzrə ən yüksək göstərici “Sumqayıt” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 145,3%), ən aşağı göstərici isə “Cəlilabad” EŞ-də (71,1%) qeydə alınıb.

Cari ilin ötən 6 ayı ərzində müəssisə üzrə ümumilikdə 3 milyard 334,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 83 faizə yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz mütləq artım deməkdir. Ümumi ödənişdə 2 müəssisə üzrə ötən ayların debitor borcu da nəzərə alınmaqla 100 faizdən yuxarı nəticə qeydə alınıb. Ümumi ödənişdə ən yüksək göstərici “Şirvan” EŞ-də, ən aşağı isə “Sabirabad” EŞ-də qeydə alınıb. Daimi əhali istehlakçı qrupu üzrə ən yüksək göstərici “Şirvan” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 107,8%), ən aşağı göstərici isə “Sabirabad” EŞ-də (45,3%) qeydə alınıb.

Nigar Məmmədli