Ödənişli yol qanunu parlamentdən keçdi

odenisli-yol-qanunu-parlamentden-kecdi
Oxunma sayı: 641

Yeniliyə əsasən, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

Bələdiyyə və ya özəl avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar yolun sahibi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla qəbul edilir. Razılaşdırma haqqında ərizəyə 30 gündən gec olmayaraq baxılır.

Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulmuş avtomobil yolunun ödənişli yol kimi istifadə edilməsi barədə qərar yolun istifadəsinə 30 gün qalmış avtomobil yolunun sahibi tərəfindən KİV-də yayımlanmalıdır. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis, qəza-bərpa, kommunal, təcili tibbi yardım xidmətlərinə мəxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azaddırlar.

Qanun yol kənarlarında yolkənarı xidmət obyektləri istisna olmaqla digər tikintilərin aparılmasına qadağanı da nəzərdə tutur./mediaforum.az/