Odlar Yurdu Universiteti abituriyentlərə hansı üstünlüyü verir?

odlar-yurdu-universiteti-abituriyentlere-hansi-ustunluyu-verir
Oxunma sayı: 8666

Odlar Yurdu Universitetinə dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olmağından asılı olmayaraq kəsri olmayan, yüksək akademik göstəriciləri olan tələbələr Dövlət tərəfindən təqaüd alacaq. 

“Qafqazinfo” xəbər verir ki, təqaüdlərin miqdarı semestr imtahanlarının sonunda tələbənin müvəffəqiyyət göstəricilərinə əsasən müəyyən olunur.

Akademik göstəriciləri 91-100 bal olan tələbələrə 130 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 110 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə isə 75 manat təqaüd veriləcək. 

Qəbul olanlar Azərbaycan, rus və ingilis bölməsində təhsil ala bilərlər;

Odlar Yurdu Universitetində bütün ixtisaslar üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir və tələbələrə təhsil haqqını hissə-hissə ödəmək imkanı verilir.

İkili diplom proqramına əsasən, məzunlar həm Odlar Yurdu Universitetinin, həm də İsveçrənin Swiss Montro Biznes Universitetinin (Swiss Montreux Business School) diplomunu əldə edəcəklər.

Eyni ixtisas qrupunda təhsil alanlar üçün ikinci ixtisas üzrə də diplom almaq imkanı verilir, həmçinin bütün ixtisaslar üzrə ikinci ali təhsil almaq imkanı mövcuddur.

Ətraflı məlumat üçün Odlar Yurdu Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərsiniz (Ödənişsiz).

Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küç.13
Tel.: (+99412) 465 82 00, 055 860 80 64
E-poçt: [email protected]
Sayt: www.oyu.edu.az
Rəsmi facebook səhifəsihttps://www.facebook.com/OdlarYurduUniv/