Odlar Yurdu Universiteti bakalavr pilləsinə tələbə qəbulu elan edir

odlar-yurdu-universiteti-bakalavr-pillesine-telebe-qebulu-elan-edir
Oxunma sayı: 1878

Odlar Yurdu Universiteti 2019/2020-ci tədris ili üçün bakalavr pilləsinə tələbə qəbulu elan edir!

“Qafqazinfo” qəbulla bağlı şərtləri təqdim edir:

Bakalavr pilləsi

(Bütün ixtisaslar dövlət sifarişi və ödənişli əsaslarla)

I qrup

1. Kompüter mühəndisliyi

2. İstehlak mallarinin ekspertizasi və marketinqi

II qrup

3. Beynəlxalq münasibətlər

4. Dünya iqtisadiyyati

5. Mühasibat uçotu və audit

6. Maliyyə

7. Menecment

8. Marketinq

9. Biznesin idarəedilməsi

10. Dövlət və bələdiyyə idarəetməsi

11. Turizm və otelçilik

12. Kommersiya

III qrup

13. Xarici dil müəllimliyi (ingilis)

14. Məktəbəqədər təlim və tərbiyə

15. Təhsildə sosial-psixoloji xidmət

16. Filologiya (azərbaycan dili və ədəbiyyati)

17. Tərcümə (ingilis dili)

18. Sosial iş

IV qrup

19. Biologiya (Mikrobiologiya istiqaməti üzrə)

20. Psixologiya

21. Ekologiya

V qrup

22. Dizayn (memarliq, interyer istiqamət üzrə)

Qəbul olanlar Azərbaycan, rus və ingilis bölməsində təhsil ala bilərlər;

Bütün ixtisaslar üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir;

Tələbələrə təhsil haqqını hissə-hissə ödəmək imkanı verilir;

Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olmağından asılı olmayaraq kəsri olmayan tələbələrin Dövlət tərəfindən təqaüd almaq imkanı;

İkili diplom proqramına əsasən məzunlar həm Odlar Yurdu Universitetinin, həm də İsveçrənin Swiss Montro Biznes Universitetinin (Swiss Montreux Business School) diplomunu əldə edəcəklər;

Eyni ixtisas qrupunda təhsil alanlar üçün ikinci ixtisas üzrə də diplom almaq imkanı verilir;

Bütün ixtisaslar üzrə ikinci ali təhsil almaq imkanı;

Təhsil müddətində nəzdimizdə fəaliyyət göstərən institutlarda, texnoparkda, mərkəzlərimizdə praktiki hazırlıq aparılır.

Ətraflı məlumat üçün Odlar Yurdu Universitetində fəaliyyət göstərən Abituriyent Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küç.13

Tel.: (+99412) 465 82 00, 055 860 80 64

E-poçt: [email protected]

Sayt: www.oyu.edu.az

Rəsmi facebook səhifəsi: https://www.facebook.com/OdlarYurduUniv/