Odunla dolu maşınlar saxlanılıb

odunla-dolu-masinlar-saxlanilib
Oxunma sayı: 1037

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən  Bum meşəbəyliyinin 6 saylı dolayında  içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı avtomobillərin Qəbələ rayon sakinləri Gəncəli İsgəndorova və Anar Ağayevə məxsus olduğu məlum olub. Saxlanılan avtomobillər Qəbələ rayon Polis Şöbəsinə təhvil verilib, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanan sənədlər hüquq-mühafizə orqanına göndərilib