“Ofisait” alış-verişinizi yaxına gətirir!

ofisait-alis-verisinizi-yaxina-getirir
Oxunma sayı: 3672

Ofis və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan "Ofisait" mağazalar şəbəkəsi yeni tədris ilinin başlanğıcı ərəfəsində ən böyük filialını əsaslı təmirdən sonra istifadəyə verib.

“Qafqazinfo” xəbər verir ki, yeni konseptdə mağazanın açılışında ziyalılar və bir sıra incəsənət xadimləri də iştirak ediblər.

Açılış mərasimində "İnci" şirkətinin direktoru İsa Abbasov bildirib ki, artıq 30-dan artıq "Ofisait" mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsi qısa müddətdə əhalinin və iş adamlarının sevimli alış-veriş ünvanlarından birinə çevrilib:

"Bu ünvanda uzun illərdir mağazamız fəaliyyət göstərir. Məlum xoşagəlməz bir hadisədən sonra mağazamız böyük ziyan görüb. Qarşımıza məqsəd qoyaraq mağazanı qısa müddətdə təmir etdirdik. Bu mağaza ən böyük "Ofisait" mağazasıdır".

İsa Abbasov əlavə edib ki, ofis və dəftərxana ləvazimatları bazarında "Ofisait" münasib qiymətləri, ən geniş çeşidi və məhsullarının keyfiyyətinə görə fərqlənir.

Çıxışladan sonra tort və açılış lenti kəsilib.

Açılışla əlaqədar yeni filialda məhsullar kampaniya ilə satılacaq.

Yeni tədris ilində övladlarınıza ehtiyac olan məktəb ləvazimatları həmçinin ofis ləvazimatları, kitablar və elektrik mallarını mağazadan əldə edə bilərsiniz.

Qeyd edək ki, mağazada “Oyal Plus” “Assis “Quicks” “Özokul” “Zyklen” və s. brendlərin məhsulları geniş çeşiddə təqdim olunur.

Ünvan: Bakı şəh. D. Əliyeva küç. 235a (Metro 28 May, Səməd Vurğun parkının yaxınlığı)