“Ofisait”dan dövlət qulluqçularına endirim

ofisaitdan-dovlet-qulluqcularina-endirim
Oxunma sayı: 2525

23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Artıq 12-ci ildir ki, Azərbaycanın dövlət qulluqçuları peşə bayramlarını qeyd edirlər. “Qafqazinfo” xəbər verir ki, “Ofisait” mağazalar şəbəkəsi bu münasibətlə iyun ayının 23-dən iyun ayının 25-dək mağazalar şəbəkəsində bütün “OYAL” məhsullarına 20% endirim elan edir.

Endirim kampaniyası ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 43 10 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Ofisait”in Facebook və Instagram səhifələrindən əldə etmək olar.

Qeyd edək ki, OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir.

Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.