Ofisaitdan məktəblilər üçün “Şahmat Turniri”

Ofisaitdan məktəblilər üçün “Şahmat Turniri”
Oxunma sayı: 928

Ofisait mağazalar şəbəkəsi “Beynəlxalq Şahmat günü” münasibətilə Ofisait “İnşaatçılar” filialında məktəblilər arasında şahmat turniri keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, Ofisait mağazasında məktəblilər arasında şahmat turnirinin keçirilməsində əsas məqsəd şahmat biliklərinin artırılması, qaydaların mənimsənilməsi, uşaqlar arasında komanda quruculuğunun daha da möhkəmləndirilməsidir.

Turnir 20 İyul tarixində, saat 12:00- 16:00-da keçiriləcək. 15 yaşına qədər uşaqlar üçün nəzərdə tutulmuşdur. Turnirdə iştirak etmək istəyənlər qeydiyyatdan keçməsi mütləqdir.

Qeydiyyat linki: https://goo.gl/forms/qJswyEuRs5d2TJ6J3

19 İyul 2018-ci il tarixində qeydiyyatdan keçmiş məktəblilərlə əlaqə saxlanılıb, ətraflı məlumat veriləcəkdir. Qeyd edək ki, Turnirdə iştirak haqqı yoxdur. Yarış iştirakçılarına ödənişsiz çay və su fasiləsi olacaqdır. Qaliblərə isə OYALPlus’dan müxtəlif hədiyyələr veriləcəkdir.

Layihə və qeydiyyat ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 43 10 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Ofisait”in Facebook və Instagram səhifələrindən əldə etmək olar.

Qeyd edək ki, OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir. Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi