Ögey qızı məşhur rejissordan intiqamını aldı - Zorlamaq istəmişdi

ogey-qizi-meshur-rejissordan-intiqamini-aldi
Oxunma sayı: 4601

Amerikalı rejissor Vudi Allenin ögey qızı Dilan Ferrou müzakirələrə səbəb olan daha bir açıqlama verib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı Ferrou illər əvvəl yaşanan hadisəni yenidən gündəmə gətirib. 

O, “Atam 7 yaşım olanda məni zorlamaq istədi. İllər sonra bu məsələni qabartdım. Onunla bağlı bir ölçü götürülmədi”- deyib.  

Sözügedən açıqlamadan sonra 82 yaşlı rejissorun yeni çəkdiyi “Rainy day in New -York” filminin sponsoru olan Amazon şirkəti layihədən geri çəkilib. 

Bundan əlavə, filmin çəkilişlərinin başa çatması və premyerasının olması sual altındadır. 

Qeyd edək ki, Vudi Allen övladlığa götürdüyü Soon-Yi Previnlə evlənib.