Oğlan özündən 16 yaş böyük sevgilisini öldürdü

oglan-ozunden-16-yas-boyuk-sevgilisini-oldurdu
Oxunma sayı: 641

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, itkin düşmüş 41 yaşlı Xızı sakini Bəsti Mirzəyevanın taleyinə aydınlıq gəlib. Onun axtarışı zamanı 25 yaşlı sevgilisi Sübhan Məmmədov tərəfindən Əhmədli kəndində kirayə yaşadıqları evdə öldürülərək basdırıldığı üzə çıxıb.

Tutulan S.Məmmədov isə törətdiyi qətli boynundan atmaq üçün qəribə yalan uydurub. İstintaqa deyib ki, mayın 12-də Bəstini evdə asılmış vəziyyətdə tapıb. Qorxduğundan onu yaşadığı evin həyətində torpağa basdırıb.

Meyit qazılaraq basdırıldığı yerdən çıxarılıb. Onun mələfə ilə boğulduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.