“Oğlanın gözəlliyinə aldanaraq qaçdım”

oglanin-gozelliyine-aldanaraq-qacdim
Oxunma sayı: 3944

“İlk evliliyimdə keçmiş həyta yoldaşıma qoşulub qaçmışdım. Gözəl ailəyə də düşmüşdüm. Amma oğlanın gözəlliyinə aldanmışdım”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Səhər-səhər” proqramında qonaq olarkən deyib. 

O bildirib ki, valideynlik hüququ məsələsində keçmiş əriylə problemi yaranıb:

“17 yaşda sevgi olmur. Biz ayrılanda hər ikimiz övladımızı çox sevdiyimiz üçün problemlər yarandı. Övladımı ağlayıb almışam. Oğlanla 10 yaş fərqimiz var idi. Qarşı tərəfə başa saldım ki, övlad birtərəfli böyüməlidir. Mən övladlarım üçün ölərəm”.