Oğlanlarının əsgər getməmək haqqı olduğunu deyir... - Belə qanun yoxdur

oglanlarinin-esger-getmemek-haqqi-oldugunu-deyir
Oxunma sayı: 4325

Müğənni Roza Zərgərli qonaq olduğu “Bizimləsən” proqramında müzakirələrə səbəb olacaq açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, o, canlı efirdə bildirib ki, övladları Corc və Jerar Qafarovların əsgərliyə getməmə hüququları var: 

“İki oğlum əsgərdir, onların bioloji anaları deyiləm. Əslində, mənim övladlarım əsgərliyə getməmək iqtidarındadılar. Çünki onların nə atası, nə də anası var. Böyük oğlumun yanına təkcə andiçmə mərasimində getmişəm. İkinci oğluma isə söz vermişəm ki, ayda bir dəfə yanına gələcəm”. 

“Qafqazinfo” mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərovla əlaqə saxlayıb. O, sənətçinin doğru danışmadığını, qanunda belə bir güzəştin olmadığını vurğulayıb:

“Həmin müğənni tərəfindən bu, özünü reklam etməkdir. Əvvəlki illərdə bəzi güzəştlər var idi. Şəhid ailələri, evin tək övladı və bir neçə övladı olan şəxslərə hərbi xidmətdə möhlət verilirdi. Amma indi belə bir güzəşt yoxdur. Müğənninin dediyi sözlər onun arzularıdır. Qanun tamam başqa şeylər deyir. 18 yaşından 35 yaşınadək hər bir şəxs vətən qarşısında borcunu verməlidir”.