Oğlu çağırdı, Ağaoğlu helikopterlə yanına getdi

oglu-cagirdi-agaoglu-helikopterle-yanina-getdi
Oxunma sayı: 10027

Tanınmış iş adamı Əli Ağaoğlu aktrisa-model Pətək Ərtürədən olan oğlu Əli Egeni görmək üçün Bodruma uçub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı oğlunun “Ata, səndən ötrü darıxmışam” çağırışından sonra helikopterlə onun yanına gedib.

Bunun üçün bütün işlərini təxirə salan Ağaoğlunun Əli Egeyə sürprizi Pətəyi də sevindirib. İş adamı oğlu ilə dənizdə vaxt keçirdikdən sonra axşamüstü keçmiş arvadıyla restorana yollanıb.