“Oğlu öləndən sonra hər şeyini atıb, qocalar evində yaşayır...”

oglu-olenden-sonra-her-seyini-atib-qocalar-evinde-yasayir
Oxunma sayı: 4670

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları- Əməkdar artistlər Kəmalə Müzəffər və İlham Əsədov Qurban Bayramı münasibətilə Bilgəhdəki Müharibə və Əmək Əlilləri üçün Pansionatda qocalara baş çəkiblər. 

“Qafqazinfo” xəbər verir ki, Kəmalə Müzəffər qocalar evində başına gələn təsirli hadisədən danışıb: “Çiynimdən dünya yükünün bir faizi götürüldü. Elə bil ağrım-acım bir az azaldı. Hətta orda bir ana gördüm. Dedilər ki, oğlu öləndən sonra hər şeyini atıb, gəlib qocalar evində yaşayır. Ömründə gülümsəmir, başından qara örpəyi düşmür. O ananın faciəsi məni ağlatdı. Məni qucaqladı, gülümsədi. Hamı şoka düşdü, onun gülümsəməyinə inanmadılar”.