“Oğlum 10-cu sinifdə oxuyanda maskalılar evə girib...”

“Oğlum 10-cu sinifdə oxuyanda maskalılar evə girib...”
Oxunma sayı: 1227

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını öldürməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə qətlə yetirilən İlqar Məmmədovun həyat yoldaşı Aygün Məmmədova ifadə verərək deyib ki, ərini Qalib Kərimov tək yox, digər iki şəxslər bir yerdə öldürüb:

“Hətta Vüsalın atası Arifin də bu işdə əli var. Planı da birlikdə qurublar. Səs yazısı var, orda Arif deyir cinayəti Qalib üstünə götürsün. Bizim evdə tez-tez oğurluq olurdu, amma İlqar polisə demirdi. Deyir “əsas odur ki, canımız sağ olsun”.

Vüsalgilin apardığı pulun 400 mini Larisada, 800 mini isə Arifdədir. Qalanı da Vüsalın dostlarındadır. Evdə 3 milyon pul var idi, amma sübut edə bilməyəcəyimiz üçün 1,5 milyon dedik. İlqar dolların bahalaşacağını bilirdi, ona görə manatları dollara çevirib saxlayırdı. Mənim payıma olan 300 min manat evdə idi. Mart ayında evə gələnədə 100 dollarla dolu bir qutu var idi, o biri qutu yarıya qədər idi. Təxminən 1,2 milyon dollar olardı. Mən pulu övladlarım üçün tələb edirəm, çünki onların haqqıdır. Bunlar isə qaytara bilsələr İlqarı qaytarsınlar. Ona görə də ömürlük cəza verilməsini istəyirəm. Oğlum 10-cu sinifdə oxuyanda maskalılar evə girib onun başına silah dirəyib pul tələb etdilər. Mən ondan sonra İlqara dedim işlərini plana sal, özüm də uşaqlarla Bakıya köçdüm. Arada evə gedib təmizləyib qayıdırdım”.

Proses yanvarın 8-də davam etdiriləcək.

İttihama görə, adıçəkilən şəxslər 2016-cı il iyunun 16-da Xaçmaz rayonunda yaşayan iş adamı İlqar Məmmədovun evinə quldurluq niyyəti ilə girən şəxslər onu öldürüblər. Bunda başqa. rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti yanıb. V.Rüstəmov hadisədən dərhal sonra Rusiyaya, sonra isə Qazaxıstana qaçıb. Orada tutularaq Azərbaycana ekstradisiya edilib.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi