“Oğlum gülə-gülə o dünyaya getdi...” - Dostları Natiqlə vidalaşdı+Video

oglum-gule-gule-o-dunyaya-getdi
Oxunma sayı: 14781

Noyabrın 22-də gecə saatlarında evində ürək tutmasından vəfat edən Azərbaycanın tanınmış jurnalisti Natiq Qədimovla dostları vidalaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mərhumun nəşi saat 13 radələrində Binəqədi rayonunda yaşadığı mənzildən götürülüb. N.Qədimov Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək. 

Vida mərasimində mərhumun yaxınları və media nümayəndələri iştirak edib.

N.Qədimovun atası Aydın Qədimov deyib ki, oğlu heç vaxt səhhətindən şikayət etməyib: "Oğlum gülə-gülə o dünyaya getdi".

***

N.Qədimovun nəşi Maştağa qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Murad Əhməd

Fotolar: Pərvin Zeynal