“Oğlum haqsız tənqidlərə görə ağlayır” - Messinin anası

oglum-haqsiz-tenqidlere-gore-aglayir
Oxunma sayı: 2529

Lionel Messinin anası Seliya Kuççittini oğluna edilən tənqidlərdən danışıb. “Qafqazinfo” xəbər verir ki, o, Leonun haqsız tənqidlərdən yorulduğunu və buna görə ağladığını bildirib: 

“Əslində insanlar onu sevir və Leonun da onlara sevgisi qarşılıqlıdır. Messi mundialdan çox şey gözləyir. Çempion olmaq arzusudur.  Ona edilən tənqidlərdən əziyyət çəkirik. Deyirlər ki, Messi məsuliyyət hiss etmir. Amma kaş görələr ki, o, haqsız tənqidlərə görə necə ağlayır. Əzab çəkdiyini görə bilmirlər. 

Mənim 4 övladım var. Amma Messi onların ən möhtəşəmidir. Yaxşı ata və həyat yoldaşıdır. Messi o qədər çempion olmaq istəyir ki, bunun üçün hər şeyini verər”.