“Oğluma demişəm ki, məni söysələr, boş ver…”

ogluma-demisem-ki-meni-soyseler-bos-ver
Oxunma sayı: 1622

“Oğlum bilir ki, səhnədə artist, evdə atayam. Mənim səhnə fəaliyyətimə müdaxilə etməyib.  Artist olmağımla pul qazanmışam, övladlarımı böyütmüşəm, oxutdurmuşam”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Show News”a açıqlamasında bildirib. Sənətçi proqramda övladları ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Hər bir şeyin çərçivəsi var. Oğluma demişəm ki, küçədə keçərkən məni söysələr, boş ver, yanından düz keç! Məni hamı sevə bilməz. Hər bir insanla dava etmək olmaz. Qoyun, danışsınlar. Məni sevən və sevməyən daim olacaq”.