“Oğlumu görən deyir ki, sevgilindir”

“Oğlumu görən deyir ki, sevgilindir”
Oxunma sayı: 5374

“Əslində oğlumla duet oxumaq beynimdən gəlib keçib, ancaq gedib. Mənim də övladım istedadlıdır. Bəlkə də, nə zamansa olar. Mən bu işin içində olmasaydım, bəlkə də daha çox dəstək olardım. Oğlum musiqini sevir. Gözəl duyumu var, elə qızımın da duyumu var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Şou-məkan”  verilişinə açıqlamasında müğənni Rahidə Baxışova deyib. 

Sənətçi bildirib ki, oğlunu polis və idmançı olmağını istəyir:

“Fikirləşirdim ki, oğlum polis olsun və ya idmançı olsun. İstərdim ki, musiqi aləmində olmasın. Madam ki, oğlum, bunu çox istəyir və qarşısını ala bilmirəm, o zaman qoy getsin oxusun. Ancaq orta məktəbi bitirsin, imtahanlarını versin, sonra”.

Rahidə söyləyir ki, oğlunu görənlər çox təəccüblənir:

“Oğlum hündürboyludur. Mənim yanımda görəndə və mən deyəndə ki, oğlumdur, hamı təəccüblənir. Deyirlər ki, elə bildik sevgilindir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi