“Oğlumun əsgər aparılmasını tələb edirəm”

oglumun-esger-aparilmasini-teleb-edirem
Oxunma sayı: 648

Füzuli rayon hərbi komissarlığından hərbi xidmətə göndərilən əsgər Ceyhun Bayramlının atası oğlunun ordudan təxris olunmasına etiraz edib. Şikayət üçün “Qafqazinfo”ya müraciət edən Xəlilov Şamxal Bayram oğlunun sözlərinə görə, Bakıda “N” saylı hərbi hissədə xidmət keçən oğlu 1994-cü il təvəllüdlü oğlu C. Bayramlı 4 ay qulluq etdikdən sonra mədəsindəki ağrılardan şikayət edib. Əsgər “Papanin” xəstəxanasına, oradan isə müalicə üçün Ələtdəki hospitala göndərilir.

Ş. Xəlilov bildirib ki, xəstəxanaya gətirilən zaman zabit ondan 100 manat pul istəyib. Ümumiyyətlə isə, oğlunun müalicə aldığı 3 ay ərzində üç min manata qədər pul xərclədiyini deyən Ş. Xəlilov heç bir əsas olmadan oğlunun orduya yararsız hesab olunması ilə bağlı qərar çıxarıldığını deyib: “Oğlum mədə ağrısından şikayət etmişdi, amma ona vərəm diaqnozu qoyuldu. Bakıda Vərəm Dispanserində, “Papanin” xəstəxanasında yoxlamadan keçirdik, lakin oğlumun ağciyərində heç bir xəstəlik aşkar olunmadı. Məsələ ilə bağlı Hərbi Prokurorluğa şikayət etdim. Lakin Prokurorluq istintaqın gedişini gözlənilmədən dayandırdı. Mən oğlumun ordudan təxris olunmasına etiraz edirəm və onun yenidən hərbi hissəyə çağırılmasını istəyirəm”.

Məsələ ilə bağlı aidiyyatlı orqanların mövqeyini dərc etməyə hazırıq.