Oğluna “Adolf” adını qoyan cütlük terrorçu çıxdı

ogluna-adolf-adini-qoyan-cutluk-terrorcu-cixdi
Oxunma sayı: 2366

Böyük Britaniyada neonasist cütlük yeni doğulan oğullarına Adolf Hitlerin şərəfinə “Adolf” adını qoyublar.

“Qafqazinfo” “İndependent” qəzetinə istinadən xəbər verir ki, 22 yaşlı Adam Tomasla 38 yaşlı sevgilisi Klaudiya Patatasın terror təşkilatı ilə əlaqəsi üzə çıxıb və cütlük saxlanılıb. Məlum olub ki, onlar 2016-cı ildə qanunsuz olaraq fəaliyyətə başlayan “National Action” təşkilatının üzvüdür.

Tomas məhkəmədə nasist Almaniyasının lideri Adolf Hitlerə heyranlığını gizlətməyərək oğluna onun adını qoyduğunu boynuna alıb. Tomas bombanın hazırlanması instruksiyalarını öyrədən “Anarxistin stolüstü kitabı”nın saxlanmasına görə də günahkar bilinib.