Tanınmış müğənni Nura Surinin budəfəki seçimi Birləşmiş Ərəb Əmirlikləri olub."Qafqazinfo" xəbər verir ki, kiçik oğlu Davidlə Dubaya yollanan Nura 6 gün orada qalaraq istirahət edib. Dubaydan qayıtdıqdan dərhal sonra oğlu Davidə doğum günü edib.
Məlumat üçün bildirək ki, ifaçının oğlunun doğum günü yay aylarında olduğundan Nura oğluna ildə iki dəfə ad günü edir. Bunun səbəbi isə Davidin doğum gününü sinif yoldaşları ilə qeyd etmək istəməsidir.
Xatırladaq ki, müğənni ötən il oğlunun ad gününü Bodrumda qeyd etmiş, doğum gününə türkiyəli məşhur aktrisa Irmak Ünal da qatılmışdı.