Oğlunu “Lukoyl”un rəhbərliyinə gətirməkdən imtina etdi

oglunu-lukoylun-rehberliyine-getirmekden-imtina-etdi
Oxunma sayı: 1688

Azərbaycanlı iş adamı Vahid Ələkbərov rəhbərlik etdiyi “Lukoyl”un idarəçiliyini oğluna həvalə etmək fikrindən daşınıb.

Qafqazinfo” xəbər verir ki, iş adamı Bloomberg TV –yə müsahibəsində bildirib ki, yaxın 3-5 il ərzində şirkətin rəhbəri postunda qalmaq fikrindədir. Bu müddət ərzində isə o öz varisini hazırlayacaq: “Ümid edirəm ki, o, mənim həyatımın işini davam etdirə biləcək layiqli namizəd olacaq. Əgər məndən soruşsalar ki, o, mənim oğlum olacaqmı, mən yox deyəcəm. Çünki bu iş oğluma həvalə etmək üçün çox ağırdır. Lakin oğlum bu biznesdə qalacaq”. 

Qeyd edək ki, daha əvvəl Ələkbərov müsahibəsində bildirmişdi ki, oğlu Yusifi şirkətin rəhbərliyinə gətirmədən əvvəl o, təcrübə keçməlidir: “Qərbi Sibirdə iki ildən çox işlədi. Prinsipi başa düşdü. Başa düşdü ki, insanlar necə neft çıxarır, quyularını necə təmir edirlər, neftin qoxusunu hiss etdi”.