Oğlunun toyunda olan ailənin evi oğurlandı

oglunun-toyunda-olan-ailenin-evi-ogurlandi
Oxunma sayı: 637

Belə ki, övladlarının şad günündə olan Zeynalovlar ailəsinin evdə olmamasından istifadə edən qarətçilər mənzilin daş hasarından evin həyətinə, sonra evin arxa tərəfində olan hamam otağının kiçik pəncərəsindən mənzilə daxil olublar. Otaqları alt-üst edən naməlum şəxs və ya şəxslər ev sahibinə məxsus təqribən 50 min manatlıq qızıl-ziynət əşyalarını oğurlayıblar.

Toydan qayıdan ailə isə gördüyü mənzərə qarşısında az qala evinə gəlin gətirdiyini də unudub. Belə ki, evin qapısı bağlı olduğundan oğurluq versiyası evsahiblərinin ağlına gəlməyib. “Toydan gələndə evin qapısı bağlı idi, amma otaq dağınıqdı. Evdəkilər ele biliblər ki, tələsik çıxıblar ona görə ev dağınıqdır. Sonra məlum olub ki, evə oğru girib – deyə ev sahibi İsa Zeynalov bildirib.

Faktla bağlı Suraxanı rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq madəsi ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.