Oğru turisti soymaq istədi, alınmadı

ogru-turisti-soymaq-istedi-alinmadi
Oxunma sayı: 745

Hadisə mayın 22-də Yasamal rayonu ərazisində yerləşən "Kempinski" otelində baş verib. Oteldə qalan Rusiya vətəndaşı Ruslan Vlasova məxsus içərisində 250 manat pul, xidməti vəsiqə və pasport olan seyfi naməlum şəxs tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində oğurluğun elə otelin işçisi Bakı şəhər sakini Nicat Paşazadə olduğu müəyyən edilib.

Yasamal rayon Polis İdarəsindən bildirilib ki, tutulan N.Paşazadə törətdiyi əməli etiraf edib və ifadə verib. O, deyib ki, turistin otaqdakı seyfə nə isə qoyduğunu görüb. Otaqdan gedən sonra içəri girərək seyfi açmaq istəyib, lakin buna nail olmadıqda seyfi özü ilə götürüb. Seyfi açmaq üçün otelin yuxarı mərtəbəsinə qaldırıb. Orada da aça bilmədiyindən ataraq gedib.