Oğrular tutuldu

ogrular-tutuldu
Oxunma sayı: 640

“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

Yanvarın 9-da Səkinə Əzizovaya məxsus mağazadan tütün məmulatları, Ramiz Muradova məxsus mağazadan 2 ədəd mobil telefon, tütün məmulatları, iyulun 20-də Aydın Dostəliyeva məxsus mağazadan 100 manat və ərzaq malları oğurlanıb. DİN BCAİ, Qaradağ RPİ 11-ci PB və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edən şəxslər, Ağakişi Hüseynov və Bayraməli İsmayılov oktyabrın 14-də yaxalanıblar.

Oktyabrın 12-də Yama küçəsində Süleyman adlı şəxs xuliqanlıq zəminində Şəbnəm Bağırzadənin bud nahiyəsindən bıçaq xəsarəti yetirib. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən Süleyman Xəlilov ötən gün yaxalanıb.

Oktyabrın 13-də “Sədərək” ticarət mərkəzində Cəlal Məmmədov Sevinc Musayevanın əl çantasından oğurluğa cəhd edərkən Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Oktyabrın 13-ü Zabrat-Maştağa yolunda Bakı şəhər sakinləri Ağagül Əliyevin idarə etdiyi “Tavriya” markalı avtomobil və Rövşən Bayramovun idarə etdiyi “Novo” markalı betonqarışdıran avtomobil toqquşub. Nəticədə, A. Əliyev və sərnişini Tərlan Əliyev 3 saylı xəstəxanaya yerləşdirilib, T. Əliyev aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Oktyabrın 13-də Pərviz Usubov idarə etdiyi “Tavriya” markalı avtomobillə Hüseynağa Səfərovu vurub və o, KTM-ə çatdırılsa da aldığı xəsarətlərdən orada ölüb.

Yanvarın 2-də Fərasət Vahabova məxsus mağazadan 1320 manat, avqustun 12-də Samir Qurbanova məxsus mağazadan 13 ədəd mobil telefon, danışıq kartları, suvenir əşyalar və telefon aksesuarları oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Murad Abbasov və Elşad Zülfüqarov oktyabrın 13-də yaxalanıblar.

Sabunçu RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Siyavuş Ağaəliyevdən 1 qramdan artıq, yaşadığı evdən isə 30 qramdan artıq heroin, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Əşrəf Məmmədovdan 480 qram marixuana aşkar edilib.