Oğrular tutulub - Kriminal xəbərlər

ogrular-tutulub-kriminal-xeberler
Oxunma sayı: 672

Sentyabrın 26-da Şərifli küçəsində Bakı şəhər sakini İlyas Hüseynzadə Əbülfət Kazımova hədə-qorxu gələrək qızıl boyunbağısını və üzüyünü əlindən aldığına görə Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

***

Avqustun 5-nə keçən gecə Kürdəxanı qəsəbəsi M.Adil küçəsində yaşayan Sərvər Əlibabayevə məxsus yaşadığı ünvanda yerləşən mağazadan qapını sındırma yolu ilə 300 manat, danışıq kartları və tütün məmulatları oğurlanmışdır. Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini Qiyaməli Sadıxov sentyabrın 27-də yaxalanmışdır.

***

Martın 28-də Xətai prospektində yerləşən kafedə Orxan Bayramovun 50 manatı və mobil telefonu oğurlanmışdır. Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ərşad Cəfərov sentyabrın 27-də yaxalanmışdır.

***

İyulun 24-də Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yaşayan İlkin Yusifovun mənzilindən açıq qapıdan keçməklə 60 min manat və 20 min ABŞ dolları oğurlanmışdır. Suraxanı RPİ CAŞ və 32-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səfa Məmmədov sentyabrın 27-də yaxalanmışdır.

***

Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini Mahir Allahverdiyev işlətdiyi çayxanada qanunsuz loto oyunu, Gəncə şəhər sakini olan Dursun Ağakişiyev isə bilyard oyun zalında kompyuterdə qumar oyunu təşkil etmələri Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aşkar olunmuşdur. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 309-cu maddəsi ilə protokol tərtib edilmişdir.