Oğruların hədəfi Bekhemin 6 milyonluq villası oldu - Fotolar

ogrularin-hedefi-bekhemin-6-milyonluq-villasi-oldu
Oxunma sayı: 2550

Oğrular Devid Bekhemin İngiltərənin Oksfordşir bölgəsindəki 6 milyon sterlinq dəyərində olan villasını hədəf alıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər qonuşların müdaxiləsindən sonra tez villadan uzaqlaşıblar. 

Oğruların görüntüləri təhlükəsizlik kameralarında əks olunub, polis isə hərəkətə keçib. Futbolçu və ailəsi hadisə zamanı Avstraliyada səfərdə olublar. 

Bekhem yaşanan olaydan sonra malikanəsinin təhlükəsizlik xidmətini artırıb.