Belarus lideri Aleksandr Lukaşenko Hərbi akademiyada kursantlar qarşısında səmimi etiraf edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident 3 oğlundan heç birinin prezident olmaq istəmədiyini deyib: “Heç bir oğlum prezident olmaq istəmir. Prezident həyatını başa düşmək üçün onu yaşamaq lazımdır. Ancaq bunu heç kəsə arzulamıram”.
Lukaşenko daha sonra prezidentin qrafikindən və problemlərdən danışıb.