Oğurladığı maşını satarkən yaxalandı

ogurladigi-masini-satarken-yaxalandi
Oxunma sayı: 638

Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin və Yasamal RPİ 27-ci PB-nin əməkdaşları fevralın 4-də Bakı şəhər sakini Natiq Eminova məxsus F.Ağayev küçəsində yerləşən «Kollisto» kafesində qanunsuz «Loto» oyununu aşkar ediblər.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Yaşar Əliyev fevralın 5-də yaxalanıb.

Fevralın 4-də naməlum şəxs A.Mustafayev küçəsində Bakı şəhər sakini Murad Nuriyevin qarın nahiyəsindən bıçaq xəsarəti yetirib. Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Aleksey Muslanov fevralın 5-də yaxalanıb.

Noyabrın 12-də Moskva prospektində Bakı şəhər sakini Əfrayıl Abbasova məxsus «VAZ-2107» markalı avtomobil qaçırılıb. Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçıran Kürdəmir rayon sakini Ramal Əliyev tutulub və müəyyən edib ki, o, avtomobili Bakı şəhər sakini Vüsal Hacıyevə satıb. Avtomobil fevralın 4-də V.Hacıyevin yaşadığı 8-ci kilometr qəsəbəsi yeni yaşayış sahəsində saz vəziyyətdə aşkar edilib.

Xəzər RPİ CAŞ-ın əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Sevil İbrahimova fevralın 4-də yaxalanıb.

Sumqayıt ŞPİ tərəfindən AR CM-nin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Əfrail Xankişiyev fevralın 4-də Xəzər RPİ-yə gələrək könüllü təslim olub.

Dekabrın 12-nə keçən gecə C.Şıxlinski küçəsində yaşayan Aslan Qasımovun evindən pəncərədən keçmə yolu ilə 1140 manat, 900 ABŞ dolları və mobil telefon oğurlanıb. Xətai RPİ 35-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rəhim Babayev fevralın 4-də yaxalanıb.