Oğurladığı pulu xərcləyə bilmədi

ogurladigi-pulu-xercleye-bilmedi-
Oxunma sayı: 646

İyulun 12-də «Sədərək» ticarət mərkəzində Sumqayıt şəhər sakini Elçin Musayev Xəyal Mustafayevin cibindən 417 manat götürüb qaçdığına görə Qaradağ RPİ 10-cu PB və Mühafizə Polisinin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 12-də Ə.Salamzadə küçəsində Mehman Ağayev idarə etdiyi «Hunday Tucson» markalı avtomobillə Minəvvər Bağırovanı vurmuş, sonuncu KTM-ə daxil olmuş və orada ölmüşdür.

Nərimanov RPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Kazımovdan 1 kolqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür.