Oğurluğa gəlib qatil oldular

ogurluga-gelib-qatil-oldular-
Oxunma sayı: 645

İyunun 30-u saat 05:30 radələrində naməlum şəxslər Bakı şəhər sakini Çiçək Əliyevaya məxsus Gəncə prospektində yerləşən mağazadan plastik qapını sındırma yolu ilə siqaret, danışıq kartları və ərzaq məhsulları oğurlayıb qaçarkən mağazanın gözətçisi Əfəsliyar Ağamirzəyev onları saxlamaq istəyib. Bu zaman oğrular Ə.Ağamirzəyevin baş nahiyəsinə küt alətlə vuraraq qətlə yetiriblər. DİN BCAİ, Bakı şəhər BPİ CAİ, Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Maştağa qəsəbə sakini Zöhrab Şamilzadə iyulun 12-də tutulmuş, cinayətin digər iştirakçılarının yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirilir.

İyulun 12-si saat 06:30 radələrində Masallı rayon sakini Azər Əzizov və Sumqayıt şəhər sakini Anar Məmmədov Bakı şəhər sakini Vaqif Mirzəyevin işlədiyi A.Nemətulla küçəsində yerləşən qəzet köşkündən qapını sındırma yolu ilə oğurluğa cəhd edərəkən Nərimanov RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 18-ci PB-yə təhvil veriliblər.

İyulun 12-nə keçən gecə Neapol küçəsində yaşayan Ələkbər Əliquliyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb və saat 09 radələrində həmin küçədən saz vəzityyətdə tapılıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Mingəçevir şəhər sakini Elşən Musayev yaxalanıb.

İyunun 30-u saat 05:30 radələrində naməlum şəxslər Bakı şəhər sakini Çiçək Əliyevaya məxsus Gəncə prospektində yerləşən mağazadan plastik qapını sındırma yolu ilə siqaret, danışıq kartları və ərzaq məhsulları oğurlayıb qaçarkən mağazanın gözətçisi Əfəsliyar Ağamirzəyev onları saxlamaq istəyib. Bu zaman oğrular Ə.Ağamirzəyevin baş nahiyəsinə küt alətlə vuraraq qətlə yetiriblər. DİN BCAİ, Bakı şəhər BPİ CAİ, Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Maştağa qəsəbə sakini Zöhrab Şamilzadə iyulun 12-də tutulmuş, cinayətin digər iştirakçılarının yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan Ramil Bəkəliyev tutulub.

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rüstəm Ramazanov tutulub.

İyulun 1-də Mahir Abdullayevə məxsus Nardaran qəsəbəsində yerləşən bağ evindən 500 metr elektrik naqili oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qəbələ rayon sakini Vüsal Lətifov iyulun 12-də yaxalanıb.