Oğurluğa girdiyi evin sahibini öldürən hakim qarşısında

ogurluga-girdiyi-evin-sahibini-olduren-hakim-qarsisinda
Oxunma sayı: 922

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etmək üçün girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən 1974-cü il təvəllüdlü Maqsud Əliyevin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası baş tutub. 

Prokuror ittiham aktını elan edib və  M.Əliyev özünü təqsirli bildiyini deyərək cinayəti etiraf edib.

 Zərərçəkmişin hüquqi varisi və şahidlər ifadə verdikdən sonra məhkəmə istintaqı tamamlanıb. 

Prokuror təqsirləndirilən şəxsə cəza istəmək üçün çıxışa hazır olmadığını bildirib və vaxt istəyib. Proses mayın 2-də davam etdiriləcək. 

İttihama görə, M.Əliyev 2017-ci il avqust ayında oğurluq etmək məqsədi ilə Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə yaşayan Məmməd evinə girib. O, ev sahibin başına taxta ilə vuraraq öldürüb.  Ardınca isə onun arvadı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Maqsud Əliyev həmçinin avqustun 21-də Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. O, bıçaqla hədələyib, ondan pul və qızıl zinət əşyaları tələb edib.

Murad Əhməd