Oğurluq dolma festivalı

ogurluq-dolma-festivali
Oxunma sayı: 646

“Qafqazinfo”nun ANS PRESS-ə istinadən verdiyi məlumata görə, ermənilər tərəfindən mənimsənilən türk mətbəxinə aid ən dadlı təamlardan olan dolma festivalı baş tutub. Festival “Erməni kulinariyası adətlərinin inkişafı və qorunması” təşkilatı təşkil edib.

Sarandapatda keçirilən festivalda müxtəlif restoranlarla bərabər adi insanlarda iştirak edib. 20 pavilyonda ermənilərin oğurladığı dolmanın 50 növü hazırlanıb. Ancaq Ermənistanda keçirilən bu festivalda iflasa uğrayıb desək yanılmarıq. Belə ki, hələ festival başlamamış milli türk yeməyi olan dolma üstündə dava düşüb.

Festival erməni xislətini bir daha üzə çıxarıb. Festivaldan belə pul qazanmaq istəyən ermənilər əhaliyə festival çərçivəsində hazırlanan dolmanı pulla satıblar. Bu isə dolma dadmaq üçün festivala gələnlərin narazılığına səbəb olub.

Başqalarının dəyərlərini oğurlamağa adət edən ermənilərin keçirdikləri festival hətta iştirakçıları da narazı salıb. Ağır vəziyyətdə olan və dolma yemək üçün festivala gələn ermənilər bir neçə dəfə yeməyə, gələ bilməyən qohum qardaşları üçün dolma aparmağa çalışıblar. "Onlar əlavə yemək tələb edir, baba, dayı və başqaları üçün sellofanlarla dolma aparırdılar. Bəzilərinə isə dolma çatmır", deyə iştirakçılardan biri deyib.