Oğurluq edən narkoman saxlanılıb

ogurluq-eden-narkoman-saxlanilib
Oxunma sayı: 1037

Quba rayonunda axtarışda olan şəxs ələ keçib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Zərdabi qəsəbə sakini Cavid Nəcəfov şəhər ərazisində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq-təkrar törədildikdə), və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə axtarışda olub.