Oğurluq edənlər saxlanıldı

ogurluq-edenler-saxlanildi
Oxunma sayı: 901

Fevralın 8-də Şirvan şəhər sakini Rahil İsrafilova məxsus kafedən dəyəri 1200 manat olan texniki avadanlıq və ərzaq məhsulları oğurlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Emin Kərimov və Famil Bağırov saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları əşyaların bir qismi maddi sübüt kimi götürülüb.

Həmin gün Şirvan şəhərinin fasiləsiz su ilə təmini məqsədi ilə müvafiq işlər aparan istehsalat müəssisəsindən birinə məxsus binanın saxlanc yerindən dəyəri 900 manat olan bir ədəd böyük və digər texniki avadanlıq, eləcə də 20 metr uzunluğunda naqil oğurlanıb. Həmin anbardan oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Qurbanxan Günəşov saxlanılıb.Törətdiyi cinayəti etiraf edən Q.Günəşovdan oğurladığı tikinti ləvazimatlarının bir qismi maddi sübut kimi götürülüb.

Murad Əhməd