Oğurluq üçün girdiyi evdən çıxa bilmədi - Polisi köməyə çağırdı

ogurluq-ucun-girdiyi-evden-cixa-bilmedi
Oxunma sayı: 2318

Hollandiyada oğurluq etmək üçün girdiyi bir binadan çıxa bilməyən oğru, polisdən kömək istəyib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, hadisə Hollandiyanın cənubunda yerləşən Limburq ştatındakı Nedervert şəhərində baş verib.

Səhərə yaxın oğurluq etmək üçün binaya girən oğru, təhlükəsizlik sisteminin işə düşməsi nəticəsində içərdə bağlı qalıb. 04:30 radələrində 112 xidmətində zəng edən oğru xilas edilməsini istəyib.

Binadan çıxa bilməməsi ilə bağlı müxtəlif bəhanələr irəli sürən həmin şəxs, polisi inandıra bilməyib. Nəhayət, o, oğurluq etmək üçün içəri girdiyini etiraf edib. Oğru evdən çıxardılaraq polis şöbəsinə aparılıb.

Lakin, oğru izahat verdikdən sonra sərbəst buraxılıb.