Oğurluq üstündə tutuldu, axtarışda olduğu ortaya çıxdı

ogurluq-ustunde-tutuldu-axtarisda-oldugu-ortaya-cixdi
Oxunma sayı: 1358

Oğurluqda şübhəli bilinərək tutulmuş şəxsin başqa cinayəti üzə çıxıb. 

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 8-də Bakı şəhər sakini Həsrət Qorçuyevə məxsus avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Rufullayev Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Onun CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.