Oğurluqda ittiham olunan şair danışdı

ogurluqda-ittiham-olunan-sair-danisdi
Oxunma sayı: 1795


“Qafqazinfo”nun məlumatına görə,  şair Azad İsayev Leyli İsrafilovanın mahnı iddiasının əsassız olduğunu bildirib:

“Barəmdə çıxan xəbərləri oxudum və çox məyus oldum. Çünki mən Leyli İsrafiovanın Röya üçün yazdığı sözləri mənimsəməmişəm. Röya ilə heç bir iş birliyim yoxdur. Mən heç o mahnını eşitməmişəm.Necə ola bilər ki, ona söz yazım? Mahnının bəstəkarından soruşa bilərsiniz, Leylinin xətrini çox istəyirəm və sənətini də bir şair kimi bəyənirəm.Müsahibədə qeyd edib ki, belə bir şair var, haradadır bilinmir. 

Qeyd edim ki, mən İstanbulda yaşayıram və burada həm şirkətlərim var, həm də şairlik fəaliyyətimi davam etdirirəm. Bu yaxında türk müğənniləri mənim sözlərimə bəstələnmiş mahnılar oxuyacaqlar və 16 mahnı işıq üzü görəcək.Adlarını hələ ki, çəkə bilmərəm.Yaxında mahnılar işıq üzü görəndə biləcəksiniz”

Qeyd edək ki, şairə Leyla İsrafılova Azad İsayevi Röyanın yeni “Çarəsiz xəstəlik” mahnısının sözlərini mənimsəməkdə günahlandırıb.