Oğurluqla bağlı 7 nəfər tutulub

ogurluqla-bagli-7-nefer-tutulub
Oxunma sayı: 824

Məktəbdən, kompüter salonlarından, yol kənarlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

“Qafqazinfo”nun verdiyi xəbərə görə‚ martın 16-da Qaraçuxur qəsəbəsindəki orta məktəblərin birindən kamera, modem, kameranın yaddaş bloku və kompüter oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Elməddin Camalov və Cəlilabad rayon sakini Fərid Əliyev tutulublar.

***

Martın 17-də Zabrat qəsəbəsi ərazisindəki oyun salonundan 7 ədəd oyun aparatı və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zöhrab Hüseynov və Ramiz Qarayev saxlanılıblar.

***

Martın 5-də rayon ərazisindəki kompüter salonundan 3 ədəd oyun aparatı və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səfərəliyev saxlanılıb.  

*** 

Bülbülə qəsəbəsi ərazisində yolun kənarındakı divara quraşdırılmış 105 ədəd lampanı və 240 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar -  Vadim Biknyayev və Siruz Hacıyev saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Murad Əhməd