Oğurluqlar və qəzalar -Kriminal xəbərlər

ogurluqlar-ve-qezalar-kriminal-xeberler
Oxunma sayı: 936

Avqustun 26-sı saat 20:30 radələrində Bakı-Aeroport yolunda Bakı şəhər sakini Alik Orucov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə Abşeron rayon sakini Samir Səmədovun yolun kənarında dayanmış «Tatra» markalı avtomobilini arxadan vurmuşdur. Nəticədə, A.Orucov və sərnişini Tural Məmmədov ölmüş, digər sərnişini Məcnun Allahverdiyev isə 3 saylı xəstəxanaya yerləşdirilmişdir.

Avqustun 7-də Ə.Rəcəbli küçəsində Balakən rayon sakini Adil Nooyevin çantasından 2600 manat və qızıl-zinət əşyaları oğulanmışdır. Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəki şəhər sakini Mehdi Məmmədov avqustun 26-da yaxalanmışdır.

İyulun 25-də Novxanı çimərliyində Abşeron rayon sakini Əfsun İsayevə məxsus «Tofaş» markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 400 ABŞ dolları, 190 manat və ayaqqabılar oğurlanmışdır. Binəqədi RPİ CAŞ və 4-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Roman Qasımov avqustun 23-ü, cinayətin digər iştirakçısı Elnur Rüstəmov isə avqustun 26-da yaxalanmışdır.

Nəsimi RPİ CAŞ-ın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə axtarışda olan İlqar Dadaşov avqustun 26-da tutulmuşdur.

Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Azər Əbdüləzimov avqustun 26-da tutulmuşdur.