Oğurular yaxalandı – Kriminal xəbərlər

ogurular-yaxalandi-kriminal-xeberler
Oxunma sayı: 688

Yanvarın 24-də 194 saylı xətt avtobusunda Bakı şəhər sakini Musa Əliyevin cibindən mobil telefon oğurlanıb. Nərimanov RPİ CAŞ, PPXB və 17-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilənən, əvvəllər məhkum olunmuş Zaur Əhmədov tutulub və ondan 0,167 qram narkotik vasitə olan heroin aşkar edilib.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə axtarışda olan Ceyhun Zeynalov yanvarın 24-də yaxalanıb.

Yanvarın 6-da Bakı şəhər sakini Simran Hətəmova məxsus Ramanı sovxozu yeni tikilinin həyətindəki tövlədən qapını sındırma yolu ilə 5 ədəd iribuynuzlu heyvan oğurlanıb. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilənən Bakı şəhər sakini Güman Əliyev yanvarın 24-də yaxalanıb.

Dekabrın 29-u 2011-ci il tarixdə naməlum şəxslər Nizami rayonu Ə.Kürçaylı küçəsində Gürcüstan vətəndaşı Eldar Musayevin əlindən içərisində 78500 ABŞ dolları olan salafan paketi alıb qaçıblar. Nəsimi RPİ NMB-in əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilənən Zəngilan rayon sakini Oruc Mehdiyev, Bakı şəhər sakinləri Rövşən Rəfiyev və Bəhruz Məmmədov yanvarın 24-də yaxalanıblar.