Oğuz sakininin mal-qara ilə bağlı şikayətinə - Nazirlikdən cavab

oguz-sakininin-mal-qara-ile-bagli-sikayetine
Oxunma sayı: 4086

Oğuz rayonu Xaçmaz kənd sakini Məsimov Elçin Cahangir oğlunun özünüməşğulluq proqramı çərçivəsində ona verilmiş aktivlərlə bağlı sosial şəbəkələrdə yayımlanan şikayəti əsassız çıxıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, sənədlərə əsasən, E.Məsimov keçən ilin 20 noyabrında ona mal-qara təqdim olunarkən videoçəkiliş zamanı narazı qalmadığını ifadə edib və aktivlərin təhvil alınması ilə bağlı aktda şəxsən imza ataraq öz əli ilə etirazının olmadığını qeyd edib.

Verilmiş mal-qaranın 2 ay ərzində düzgün qulluq göstərilmədiyindən pis vəziyyətə düşdüyünü görən vətəndaş öz günahını etiraf etmək əvəzinə yenidən mal-qara almaq üçün özünüməşğulluq proqramının icraçılarını ittiham edib.