Oğuzda iki uşaq anası özünü bıçaqlayıb

Oğuzda iki uşaq anası özünü bıçaqlayıb
Oxunma sayı: 1184

Yanvarın 27-i axşam saat 19:30 radələrində Oğuz rayonu Calut kənd sakini 1993-cü il təvəllüdlü Xəyalə Həbiz qızı İsmayılova qarnının ön səthinin kəsilmiş-cırılmış yarası ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, müayinə zamanı  iki uşaq anası olan Xəyalə İsmayılovanın ailə münaqişəsi zəminində bıçaqla özünə xəsarət yetirməsi məlum olub.

X. İsmayılovanın xəsarəti yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi