Oğuzda yanğın hadisəsi baş verib.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Xaçmaz kəndində Meşə təsərrüfatı idarəsinin ərazisində 0,9 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb