Oğuzda meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

oguzda-mese-yanir-2-helikopter-ve-teyyare-celb-edilib
Oxunma sayı: 1665

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

Əlavə məlumat veriləcək.