Oğuzda yol tikintisinə 9,4 milyon manat ayrıldı

Oğuzda yol tikintisinə 9,4 milyon manat ayrıldı
Oxunma sayı: 1352

Prezident İlham Əliyev Oğuz rayonunun Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq–Muxas–Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon (doqquz milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi